Bolduin Qalinanın ölümündən danışdı

Foto: DW

“Çəkiliş meydançasında vaxtaşırı qəzalar baş verir”

Amerikalı aktyor Alek Bolduin “Rust” filminin çəkilişləri zamanı baş verən ölüm hadisəsi haqqında danışıb.

Aktyor bu il oktyabrın 21-də filmin atışma səhnəsi lentə alınarkən rejissor Joel Souzanı və 42 yaşlı operator Qalina Hatçinsi yaralayıb.

Ağır güllə yarası alan operator vəfat edib.

Hadisə ilə bağlı jurnalistlərə danışan Bolduin deyib ki, çəkiliş meydançasında vaxtaşırı qəzalar baş verir: “Amma bu trilyonda bir baş verən hadisədir. Qalina dostum idi. Filmin çəkilişləri üçün Santa-Feyə gələndə o, Joellə məni şam yeməyinə dəvət etdi. Biz birlikdə çox yaxşı komanda idik. Sonra bu dəhşətli hadisə baş verdi”.

Alek Bolduin çəkilişlərinin bərpa olunacağını düşünmür.

Aktyora qarşı hələlik heç bir ittiham irəli sürülməyib.

Ana səhifəMədəniyyətBolduin Qalinanın ölümündən danışdı