Qətnamədə 4 əsas tələb var
16 fevral aksiyasının təşkilatçıları qətnamə yayıblar. Qətnamədə hökumət qarşısında bir sıra tələblər qoyulub:
– 9 fevral Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin nəticələri ləğv edilsin:
– söz və ifadə, sərbəst toplaşma və digər fundamental insan haqları təmin edilsin,o cümlədən siyasi məhbuslar dərhal azadlığa buraxılsını;
– Seçki Məcəlləsində müxalifətin, Avropa Şurasının və ATƏT-in təklifləri əsasında əlavə və dəyişikliklər edilsin;
– Avropa Məhkəməsinin seçkilərə aidiyyatı olan qərarları təcili icra olunsun və Azərbaycan Milli Məclisinə yeni seçkilər keçirilsin.