Təkadamlıq aksiya keçirən Fariz Əliyevin buraxıldığı deyilir (yenilənib)

İyunun 17-də Ədliyyə Nazirliyinin qarşısında təkadamlıq aksiya keçirən Fariz Əliyevin sərbəst buraxıldığı deyilir.

Bu barədə Fariz Əliyevin yaxınları Meydan TV-yə məlumat verib. Onlar F.Əliyevin dünən axşam buraxıldığını bildiriblər.


Dini inanclı şəxsin haqqında məlumat almaq mümkün olmur

“Müsəlman Birliyi” Hərəkatının üzvü Fariz Əliyev “yoxa çıxıb”. Ailəsi onu tapa bilmədiyini deyir.

Fariz Əliyev iyunun 17-də Ədliyyə Nazirliyinin qarşısında təkadamlıq aksiya keçirib. O, bu yolla hərəkatın sədri Taleh Bağırzadənin və digər inanclı məhbusların aclıq aksiyasına dəstək verdiyini ifadə edib. Əlində plakat tutan dini inanclı şəxs “Fikrət Məmmədov, insanların taleyinə biganə qalma!” şüarı səsləndirib. Bundan sonra Post Patrul Xidmətinin əməkdaşları onu zorla polis maşınına mindirərək ərazidən uzaqlaşdırıblar.

Fariz Əliyev.

Ailəsi deyir ki, ondan sonra Fariz Əliyevdən heç bir məlumat ala bilməyiblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Fariz Əliyevlə bağlı məlumat vermək istəməyib.

Ana səhifəSiyasətTəkadamlıq aksiya keçirən Fariz Əliyevin buraxıldığı deyilir (yenilənib)