Aİ Rusiya Mərkəzi Bankının aktivlərini Ukraynaya yönəltmək istəyir

Avropa Birliyi və Rusiya. Foto: ffikretow/shutterstock

Bloklanan məbləğ 215 milyard dollardır

Yeni hesablanan rəqəmlərlə birgə Avropa İttifaqının Rusiya Mərkəzi Bankının 200 milyard avroluq aktivlərini dondurduğu məlum olub.

Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra baş verib.

Bloklanan məbləğ dollar müqabilində 215 milyarddır.

“Bloomberg” yazır ki, bu vəsaitin zərər çəkmiş ölkənin bərpasına yönəltmək üçün müzakirələr çox vacibdir.

Bloklanan vəsaitlə bağlı məlumatı təsdiqləyən Avropa Komissiyasının sözçüsü Kristian Viqand müsahibəsində deyib:

“Avropa İttifaqı Rusiyanın Ukraynada dəymiş ziyanı ödəməsini təmin etmək öhdəliyi götürüb”.

O bildirib ki, Aİ Rusiyanın dondurulmuş və hərəkətsizləşdirilmiş aktivlərindən zərər çəkmiş Ukraynanın bərpası üçün istifadənin yollarını araşdırır.

Aİ həmçinin 14 aydan uzun müddətdir ki, Rusiyayanın sanksiyaya məruz qalan fiziki şəxslərinə məxsus 24,1 milyard avroluq şəxsi aktivləri də dondurub.

Hazırda sanksiyaya məruz qalan rus milyarderlərin aktivlərini tapmaq və dondurmaq üçün mübarizə aparılır.

Viqand deyib ki, komissiya dondurulmuş mərkəzi bank aktivlərindən istifadə üçün təklif olunan variantlarla bağlı müzakirələrə hazırdır.

Onun sözlərinə görə, komissiya təklif irəli sürmək üçün həmin dönəmdə Aİ-nin sədrliyini həyata keçirən İsveçlə də sıx əməkdaşlıq edir.

Avropa İttifaqına üzv ölkələr də Ukraynanın gələcəkdə yenidən qurulmasına töhfə vermək üçün bəzi aktivlərdən istifadə yollarını araşdırır.

Müzakirə olunan variantlardan biri mərkəzi bankı və digər Rusiya dövlət aktivlərini investisiyaya çevirmək və əldə olunan gəliri Ukraynaya yönəltməkdir.

Ana səhifəDünyaAİ Rusiya Mərkəzi Bankının aktivlərini Ukraynaya yönəltmək istəyir