Ağdamda 1 nəfər həyatını itirdi, Tərtərdə iki nəfər yaralandı

Xəsarət alan qadınların 28-29 yaşları var

Source:

Xəsarət alan qadınların 28-29 yaşları var

Atışma nəticəsində Tərtərin Sarıcalı-Düyərli kəndində iki mülki şəxs yaralanıb.

Bu barədə Azvision.az-a kəndin bələdiyyə sədiri İldırım Bayramov məlumat verib. Onun sözlərinə görə, ermənilər gün ərzində bir neçə dəfə yaşayış evlərini atəşə tutub:

“Erməni silahlı qüvvələrinin atdığı mərmi kənddə yerləşən evlərdən birinin həyətinə düşüb. Hadisə nəticəsində Əliyeva Mehparə Nəbi qızı və Ağayeva Kəmalə Əjdər qızı yaralanıb. Qadınların 28-29 yaşları var. Qəlpələr onların ayaq, qol, üz nahiyələrinə dəyib. Tərtər rayon İcra Hakimiyyətinin başçısı hadisənin baş verdiyi əraziyə baş çəkib. Zərbə nəticəsində evin damı dağılıb”.

APA-nın Qarabağ bürosunun  xəbərinə görə isə ermənilərin Ağdamın Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndini atəşə tutması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu həyatını itirib.

Aprelin 4-də erməni silahlı qüvvələri Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də atəşə tutub. Üçoğlan ərazi vahidliyinin Ballar kəndinin ərazisinə 5 artilleriya mərmisi atılıb.

Ana səhifəAnalitikaAğdamda 1 nəfər həyatını itirdi, Tərtərdə iki nəfər yaralandı