Ağdam xəstəxanasında kütləvi zəhərlənmə

Ağdam Rayon Mərkəzi Xəstəxanası. Mənbə: “atatv.az”

Zəhərlənməyə səbəb kimi dezinfeksiya işlərinin aparılması göstərilir

Ağdam Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb. TƏBİB-in məlumatına görə, 12 əməkdaş zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib:

“Onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır”.

Kütləvi zəhərlənməyə səbəb kimi xəstəxananın 3-cü mərtəbəsində yerləşən poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması göstərilir. Zəhərlənənlər də həmin şöbənin əməkdaşlarıdır.

Xəstəxanadan Meydan TV-yə bildiriblər ki zəhələnənlərin vəziyyəti normaldır. Dizenfeksiya işlərini Bərdə rayon Gigiyena və Epidemologiya Mərkəzi həyata keçirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, hazırda rayon prokurorluğunda araşdırma aparılır.

Ana səhifə ▸ Bölgə ▸ Ağdam xəstəxanasında kütləvi zəhərlənmə