Ağcabədidə 34 nəfərin zəhərləndiyi bildirilir

Foto: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Onların 11-i uşaq olub

Ağcabədinin Rəncbərlər kəndində kütləvi zəhərlənmə olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı press-relizdə belə deyilir.

Bildirilir ki, iyunun 9-da saat 15:33 radələrindən başlayaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.

Onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Elə həmin gün aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyəti orta ağırdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında isə bildirilir ki, ilkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub.

2023-cü ilin aprelində Lənkəranın Bəliton kənd sakinləri olan 17 nəfər qida zəhərlənməsi diqanozu ilə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilmişdi.

Onların kənddə keçirilən nişan mərasimində qidadan zəhərləndiyi bildirilirdi.

Ana səhifəSağlıqAğcabədidə 34 nəfərin zəhərləndiyi bildirilir