Məhbəs həyatından ona təxəllüsü qalıb – Adəm Zindani.
40 yaşlı sənətkar Ağdamda anadan olub. Əvvəllər fotoqraf kimi fəaliyyət göstərsə də, gəlirli sahə olmadığından uzaqlaşıb və ağac üzərində işləmələrə maraq salıb.
2012-ci ildə həbs həyatı yaşayan Adəm Zindani sonralar da bu sənətdən əl çəkməyib. Dediyinə görə, bu sahədə ilk adamdır. Bugünə qədər müxtəlif növlü ağac heykəllər düzəldib:
“Uşaqlıqdan fotoya və rəsmə marağım olub. Müxəlif cür fotolar və rəsmlər çəkirdim. Amma fotoqrafiyanın gəlirli sahə olmadığın görüb uzaqlaşdım. Lazımı dəyər vermirdilər.
Çox araşdırma apardım, amma Azərbaycanda bu əsərləri yaradan rastıma çıxmayıb. Hətta ötən 30-40 ili də araşdırmışam, heç bir nəticə yoxdur”.
Adəm günün müəyyən hissəsini öz emalatxanasında keçirir. Hazırladığı heykəllərin qiyməti 15 manatdan başlayır.
“Əsasən axşamlar işləməyə üstünlük verirəm. 1-2 saata ağacdan bir heykəl hazırlaya bilirəm. Ən uzun iş isə 1 günə qədər uzana bilər” – deyir.