“Aeroflot” bütün beynəlxalq uçuşları dayandırır

“Aeroflot”. Foto: ANGHI/shutterstock

Yalnız Belarusun paytaxtına uçuşlar davam edəcək

Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” martın 8-dən beynəlxalq uçuşları dayandırır.

Martın 6-dan Rusiyaya gediş-dönüş bileti olan sərnişinlərin beynəlxalq reyslərə qəbulu olmayacaq.

Qərarın məqsədi Rusiyaya geri dönüş reyslərindən istifadənin mümkünsüzlüyü ilə bağlı riskləri azaltmaqdır.

“Aeroflot” Belarusun paytaxtı Minskə və ölkə daxilindəki uçuşlara davam edəcək.

Aviaşirkət fevralın 28-dən etibarən hava məkanı məhdudiyyətlərinə görə Avropaya bütün uçuşları dayandırıb.

Böyük Britaniya hakimiyyətinin tətbiq etdiyi məhdudiyyətlərə görə “Aeroflot” 2022-ci il mayın 23-dək London və Dublinə bütün uçuşları dayandırıb.

Aviaşirkət həmçinin Kanadanın qərarına görə, fevralın 28-də Nyu-York, Vaşinqton, Mayami və Los-Ancelesə uçuşlarını dayandırmaq məcburiyyətində qalıb.

Ana səhifəDünya“Aeroflot” bütün beynəlxalq uçuşları dayandırır