ADO kirayələdiyi ofisdən çıxarılır

Elmin Bədəlov: “Bunu atam, anam, özüm üçün deyil, ölkə üçün edirəm”

Source: ADO


Elmin Bədəlov: "Bunu atam, anam, özüm üçün deyil, ölkə üçün edirəm"

ADO Teatrının kollektivi (Azərbaycan Dağınıq Oda) kirayələdikləri ofisdən çıxarılır.

Teatrın qurucusu, baş rejissor və aktyoru Elmin Bədəlov Meydan TV-yə belə deyib.

O bildirib ki, kollektivə Mirzəağa Əliyev 245 ünvanında yerləşən binadakı məkanı boşaltmaq üçün martın 15-dək vaxt verilib.

“Bir ildir ki, ölkədə teatrların fəaliyyətinə icazə verilmir. Biz bu bir il ərzində əlimizdən gələni edirik ki, məkanı itirməyək. Lakin vəziyyət qəlizləşib. İcarə haqqını ödəməkdə çətinlik çəkirik. Hətta SMS icazə vaxtında belə, kirayə haqqının 30 fazini ödəyə bilirdik. Ötən ay tam ödəniş etdik. Bu ay da tam ödəmə istəyirlər, buna imkanımız yoxdur. On nəfər ara məsafə ilə tamaşa göstərmək də kifayət etmir. Bu cür çətin şəraitdə məkanı saxlamaq həddindən artıq çətinləşib. Pandemiyada dünya koronavirusla mübarizə aparanda, dövlət bizi məhkəməyə verdi, Apelyasiya Məhkəməsində uduzduq”.

Elmin Bədəlov deyir ki, teatrın doqquz il ərzində toplanan rekvizitlərini yerləşdirməyə başqa məkan yoxdur: “Əşyalarımızı küçəyə tökəcəklər. Doqquz ildir ki, əlimdən gələni etmişəm. Bunu atam, anam, özüm üçün deyil, ölkə üçün edirəm. Əlimizdən gələn, məkandakı loqomuzu tərz çevirməkdir. Azərbaycanın yeganə müstəqil teatr əşyaları ilə küçədə qalıb. Dövlət, insanlar, cəmiyyət sahib çıxmasa, qoy teatr dağılsın”.

ADO teatrı 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb.

Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır.

Ana səhifəXəbərlərADO kirayələdiyi ofisdən çıxarılır