Martın 13-də, Səbail Rayon Məhkəməsində SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmənin qərarına əsasən Əhmədzadənin həbs qətimkan tədbiri daha 2 müddətinə uzadılıb.
Bundan əvvəl 2026-cı ilin yanvarında Adnan Əhmədzadənin həbs qətimkan tədbiri uzadılmışdı.
Adnan Əhmədzadə 2025-ci ilin sentyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində A.Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Onun həbsi “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda günahlandırılması ilə əlaqələndirilir. Bu hərəkət Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.