”Ac qalmamaq üçün kömürçü oldum”

O, İsmayıllı rayonunun Qaraqaya kəndində yaşayır

Source:
İsmayıllı rayonu, Qaraqaya kəndinin girişi
İsmayıllı rayonu, Qaraqaya kəndinin girişi

Nurlan Məmmədovun 27 yaşı var. Deyir ki, 8-9 yaşından kömürçülüklə məşğuldur. O, İsmayıllı rayonunun Qaraqaya kəndində yaşayır.

“Uşaqlığımdan ata-babamın kömür hazırladığını görmüşdüm. Belə desək, bu iş ata-baba sənətimdir mənim. Bura kənd yeri olduğu üçün insanın arzuları da kiçik olur. Elə gözümü açandan böyüklərin bu işlə məşğul olduğunu görmüşəm və mənim də marağım beləcə yaranıb. Artıq 12 ildir ki, bu işlə daimi məşğulam. Kənddə demək olar ki, hamı kömürçü kimi tanıyır məni”.

Nurlanın sözlərinə görə, dağ ətəyindən qırılmış ağac gövdələrini, budaqlarını və yaxud çay kənarında olan köhnə ağac kötüklərini bəzən atla, bəzən də maşınla yığıb gətirirlər. Gətirdikləri odunları doğrayıb, basma hazırlayıb, sonra odunları oraya yığırlar. Basma içi boş torpaq təpəsidir. Odunlar orda 12 gün yandırılır və gün keçdikcə kömürə çevrilir. Nurlan onu da deyir ki, bu işi görmək onlara heç də sərf etmir:

“Təxminən bir basmadan 40-50 kisə kömür çıxır. Kömürlər hazır olandan sonra kisələrə yığıb satmaq üçün hazır qoyuram. Bir kisə kömürü isə 1 manat 70 qəpiyə satıram. Əziyyətini, xərclərini hesablasaq, bu işdən elə də ciddi qazanc əldə etmirəm. Düzünü deyim, ac qalmamaq üçün bu işi görürəm. Qazandığım pulla başqa heç nə edə bilmirəm”.

İsmayıllı rayonu, Qaraqaya kəndinin girişi
İsmayıllı rayonu, Qaraqaya kəndinin girişi
Qaraqaya kəndində yaşayış olan köhnə bir ev
Qaraqaya kəndində yaşayış olan köhnə bir ev
Nurlan işə başlamaq üçün səhər saat 7-də qalxır və hazırlanır
Nurlan işə başlamaq üçün səhər saat 7-də qalxır və hazırlanır
Nurlanın  sözlərinə görə, meşədən heç bir sağlam ağacı kəsmirlər
Nurlanın sözlərinə görə, meşədən heç bir sağlam ağacı kəsmirlər
İşin əziyyəti çox olsa da, gəlir heç qaneedici deyil
İşin əziyyəti çox olsa da, gəlir heç qaneedici deyil
Meşədə quru odunu tapmaq çətin olsa da, buna məcburdur, çünki kənddə başqa iş yoxdur
Meşədə quru odunu tapmaq çətin olsa da, buna məcburdur, çünki kənddə başqa iş yoxdur
Nurlan günlük xərclərin qarşılamaq üçün yağışlı, palçıqlı günlərdə də bu işi görür
Nurlan günlük xərclərin qarşılamaq üçün yağışlı, palçıqlı günlərdə də bu işi görür
Basmaya yığılmış odunlar 12 gün ərzində yavaş-yavaş  yanaraq kömürə çevirilir
Basmaya yığılmış odunlar 12 gün ərzində yavaş-yavaş yanaraq kömürə çevirilir
Bəzən basmanın ağzını açıb, odunları çevirmək lazım gəlir
Bəzən basmanın ağzını açıb, odunları çevirmək lazım gəlir
Kömür artıq hazırdır
Kömür artıq hazırdır
Közərərək yanan odunların üstünə saman doldurmaq lazım gəlir ki, odunlar kömürə çevrilsin
Közərərək yanan odunların üstünə saman doldurmaq lazım gəlir ki, odunlar kömürə çevrilsin
Nurlan gələcəkdə övladlarının bu işlə məşğul olmasını istəmir
Nurlan gələcəkdə övladlarının bu işlə məşğul olmasını istəmir
Nurlan bəzən bu işə görə əllərinin ağrıdığını da deyir
Nurlan bəzən bu işə görə əllərinin ağrıdığını da deyir
Bir ovuc kömürün əziyyəti böyük olsa da, dəyəri yoxdur
Bir ovuc kömürün əziyyəti böyük olsa da, dəyəri yoxdur
Onlar həmçinin, evdə çay-yemək hazırlamaq  üçün bu kömürdən istifadə edirlər
Onlar həmçinin, evdə çay-yemək hazırlamaq üçün bu kömürdən istifadə edirlər

Ana səhifəFotoreportaj”Ac qalmamaq üçün kömürçü oldum”