AÇ-2024: İspaniya millisi son çempionu məğlub edib

Fotolar: Reuters

İngiltərə Danimarka ilə matçda qələbə qazana bilməyib

İyunun 20-də Almaniyada futbol üzrə Avropa çempionatında qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilib.

Günün ilk oyunu Münhen şəhərində Sloveniya və Serbiya yığmaları arasında baş tutub. C qrupunun bu qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb.

Bu qrupun digər oyununda Danimarka və İngiltərə milli komandaları üz-üzə gəlib. Avropa çempionatının əsas favoritlərindən sayılan ingilislər Danimarka ilə matçda heç-heçə ilə kifayətlənməli olublar – 1:1.

C qrupunda iki turdan sonra İngiltərə millisi 4 xalla birinci yerdədir. Hərəyə 2 xalı olan Danimarka və Sloveniya 2-3-cü pillələri bölüşür. Bir xalı olan Serbiya qrup sonuncusudur.

B qrupunda İspaniya – İtaliya dueli olub. Avropa çempionatının sonuncu qalibi olan İtaliya yığması ispanlara 0:1 hesabı ilə uduzub.

Bu qrupun iyunun 19-da keçirilən Xorvatiya – Albaniya matçı 2:2 hesabı ilə başa çatmışdı. İki turdan sonra 6 xalı olan İspaniya millisi qrupda 1-ci yerdədir. Üç xala malik İtaliya yığması ikinci pillədə qərarlaşıb. Hərəyə 1 xalı olan Xorvatiya və Albaniya 3-4-cü yerləri bölüşür.

Ana səhifəİdmanAÇ-2024: İspaniya millisi son çempionu məğlub edib