AÇ-2024: Azərbaycan millisi növbəti dəfə məğlub olub

Fotolar: UEFA-nın saytı

Belçika yığması ilə oyunun taleyini bir qol həll edib

Futbol üzrə Azərbaycan milli komandası sentyabrın 9-da Avropa çempionatı-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

İtaliyalı mütəxəssis Canni De Byazinin baş məşqçisi olduğu yığma komanda 5-ci tur çərçivəsində Belçika millisi ilə üz-üzə gəlib

Belçikalılarla qarşılaşma Bakıdakı “Dalğa Arena” stadionunda keçirilib.

Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində bundan əvvəl keçirdiyi ilk üç oyunda cəmi 1 xal qazana bilmişdi.

Belçika yığması ilə görüş də Azərbaycan millisi üçün uğurlu olmayıb. Qonaq komanda Bakı səfərində 1:0 hesablı qələbə qazanıb. Bu məğlubiyyətdən sonra Azərbaycan yığması yer aldığı F qrupunda 1 xalla sonuncu pillədə qalıb.

F qrupunda Belçika və Azərbaycandan başqa, Avstriya, İsveç və Estoniya yığmaları da mübarizə aparır.

Azərbaycan yığması sentyabrın 12-də İordaniya millisi ilə yoldaşlıq oyunu keçirəcək. Həmin qarşılaşma da “Dalğa Arena”da təşkil olunacaq.

Ana səhifəİdmanAÇ-2024: Azərbaycan millisi növbəti dəfə məğlub olub