ABŞ Rusiyaya sanksiyalarını açıqladı

Co Bayden, Mənbə: lev radin/shutterstock

Bayden: “Müharibə Putinin seçimidir“

ABŞ Prezidenti Co Bayden Rusiyaya yeni sanksiyalar elan edib. Bunlardan biri Rusiyanın VTB bankının ABŞ-ın maliyyə sistemi ilə əlaqəsinin kəsilməsidir.

Eyni zamanda, Rusiya oliqarxları və bu ölkənin texnologiya sektorunu hədəfləyəcək yeni sanksiyalar da tətbiq ediləcək:

“Müharibə Putinin seçimidir. Bunun nəticələrindən də o və Rusiya əziyyət çəkəcək. Yeni sanksiyalar Rusiya iqtisadiyyatı üzərinə dərhal və an etibarilə ağır yük qoyacaq”.

Co Baydenin sözlərinə görə, ABŞ sanksiyaları Avropa müttəfiqləri ilə koordinasiyada tətbiq edib. Nəticədə Avropa müttəfiqləri də Rusiyanın 4 ən böyük bankının aktivlərini bloklayıb.

“Onlar habelə Rusiyanın ABŞ texnologiyaları idxalını yarıbayarı kəsiblər”.

Rusiyanın SWIFT ödəniş sistemindən kəsilməsinə gəlincə, Bayden bildirib ki, indi qoyulan sanksiyalar həmin addımdan heç də az sərt deyil.

Ana səhifəSiyasətABŞ Rusiyaya sanksiyalarını açıqladı