ABŞ İranın neft ixracını 20 faiz azaltmaq istəyir

Neft ixracı Tehranın əsas gəlir mənbəyidir. ABŞ sanksiyaları bir sıra çətinliklərə səbəb olaraq İran şəhərlərində tez-tez iğtişaşlara gətirib çıxarır

Source: google.az

''Vaşinqton İranın xam neft ixracını sıfıra endirməyi qərara alıb''

ABŞ İranın xam neft ixracını may ayından etibarən təxminən yüzdə 20 nisbətində azaltmaq istəyir. O, idxalçılardan alışı azaltmalarını tələb edir, yoxsa ABŞ sanksiyaları ilə üzləşəcəklər, – “Reuters” xəbər agentliyi yazır.

“Reuters” martın 13-də iki mənbəyə istinadən xəbər verir: "Məqsəd hazırda İran neftinin ixracını gündə 1 milyon barelə qədər azaltmaqdır".

Mənbənin sözlərinə görə, prezident Donald Tramp (Trump) administrasiyası düşünür ki, İran neftinin satınalmalarının tam və dərhal dayandırılması dünya bazarında qiymətlərin sürətlə artmasına gətirib çıxara bilər.

"Sıfırlamaq çətin ola bilər," – Reuters mənbələrindən birinə istinadən bildirib.

O deyib ki, “Brent” markalı xam neftin 65 dollar olan qiyməti Trampın xam neft qiyməti ilə bağlı rahatlıq zonasının ən son həddidir. “Brent” martın 13-də təxminən 67,55 dollara satılıb.

ABŞ Dövlət katibi Mayk (Mike) Pompeo martın 12-də deyib ki, ölkəsi İranın xam neft ixracını bazar şərtlərinə uyğun olaraq sürətlə sıfıra endirmək istəyir.

ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayn Huk (Brian Hook) ABŞ-ın siyasətini təkrarlayaraq, Hyustonda keçirilən sənaye konfransında deyib ki, Vaşinqton İranın xam neft ixracını sıfıra endirməyi qərara alıb.

“Prezident İrana maksimum iqtisadi təzyiq kampaniyası etməli olduğumuzu açıq şəkildə bildirib, amma, o, eyni zamanda neft bazarlarını şoka salmaq istəmir," -deyə Huk bildirib.

Amerika Birləşmiş Ştatları 2015-ci il sazişindən əl götürdükdən sonra İrana qarşı sanksiyaları yenidən bərpa edib. 2015 sazişiylə sanksiyaların aradan qaldırılması qarşılığında nüvə proqramı ilə bağlı məhdudiyyətlərə razılıq vermişdi.

ABŞ noyabr ayında sanksiyaların reallaşdırıldığı zaman İtaliya, Yunanıstan, Türkiyə, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Tayvana İran neftini idxal etmək üçün müvəqqəti imkan vermişdi. Məqsəd bu ölkələrin sanksiyalara əməl etməsi üçün daha çox vaxt vermək olub.

Neft ixracı Tehranın əsas gəlir mənbəyidir. ABŞ sanksiyaları bir sıra çətinliklərə səbəb olaraq İran şəhərlərində tez-tez iğtişaşlara gətirib çıxarır.

Ana səhifəDünyaABŞ İranın neft ixracını 20 faiz azaltmaq istəyir