ABŞ Belarus və Rusiyanın idman yarışlarında iştirakının məhdudlaşdırılmasının tərəfdarıdır

Foto: pixabay.com

“Euroradio”nun xəbəri

Litva, Latviya, Estoniya və Polşanın idman nazirləri də Beynəlxalq Olimpiya Komitəsini Belarus və Rusiya idmançılarını 2024-cü il Olimpiadasına buraxmamağa çağırıblar

ABŞ Belarus və Rusiyanın idman yarışlarında iştirakının məhdudlaşdırılmasının tərəfdarıdır, bura Olimpiada da daxildir.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib ki, ABŞ beynəlxalq yarışlarda Belarus və Rusiyanın bayraqlarına, gerblərinə və himnlərinə qoyulan qadağaya riayət olunmasını istəyir.

“Əgər idman təşkilatları və Beynəlxalq Olimpiya Komitəsi kimi idman tədbirlərinin təşkilatçıları Rusiya və Belarusdan olan idmançıların iştirakına icazə vermək qərarına gələrsə, onların Rusiya və ya Belarus dövlətlərini təmsil etmədikləri tamamilə aydın olmalıdır”, – deyə Jan-Pyer bildirib.

Eyni zamanda Litva, Latviya, Estoniya və Polşanın idman nazirləri Beynəlxalq Olimpiya Komitəsini Belarus və Rusiya idmançılarını 2024-cü il Olimpiadasına buraxmamağa çağırıblar. Səbəb Ukraynadakı müharibədir.

Beynəlxalq Olimpiya Komitəsi isə bildirib ki, belarusların və rusların beynəlxalq yarışlardan tamamilə kənarlaşdırılmasına BMT-nin “etnik ayrı-seçkilik” və “Olimpiya hərəkatının prinsipləri” ilə bağlı mövqeyi imkan vermir. Bununla belə, hələ ki, belarus və rusların 2024-cü il Olimpiadasına buraxılması nəzərdən keçirilmir.

Ana səhifəXəbərlərABŞ Belarus və Rusiyanın idman yarışlarında iştirakının məhdudlaşdırılmasının tərəfdarıdır