“ABBA” 40 illik fasilədən sonra qayıdır

Qrup yeni albom hazırlayır

Source: BBC


Qrup yeni albom hazırlayır

İsveçin musiqi kvarteti “ABBA” 40 illik fasilədən sonra yeni albom buraxacaq.

On yeni mahnıdan ibarət “Voyage” adlı albom noyabrın 5-də Londonda təqdim

olunacaq

.

Alboma salınmış “I Still Have Faith In You” və “Don’t Shut Me Down” mahnıları geniş auditoriyaya artıq təqdim edilib.

Qrupun son albomu 1981-ci ildə “The Visitors” olub.

1972-ci ildə yaradılan “ABBA” on il fəaliyyət göstərib. Qrup üzləri birgə fəaliyyətlərini dayandırmaqları ilə bağlı heç vaxt rəsmi açıqlama verməyib. Kvartetin bütün heyətlə çıxışı 1982-ci ildə Britaniya telekanalının efirində olub. 2008-ci ildə isə “Mamma Mia” müziklinin premyerasında tamaşaçılar onları yenə tam heyətlə görüb.

Qrupun adı üzvlərin adlarının baş hərflərindən (Aqneta Feltskoq, Byorn Ulveus, Benni Andersson, Anni-Frid Linqstad-red) yaranıb.

“ABBA” dünya musiqi tarixinin ən məşhur və uğurlu qruplarınnan biri hesab olunur. Qrupun dünya üzrə 350 milyon albomu satılıb.

Ana səhifəMədəniyyət“ABBA” 40 illik fasilədən sonra qayıdır