AATİB: Müharibədə psixoloji travma alanlara yardım ediləcək

AATIB bildirir ki, müharibə zamanı psixi travmalar nəticəsində ortaya çıxa bilən kəskin psixi pozğunluqlar və posttravmatik stress pozğunluqları XX əsr müharibələrindən sonrakı dövrlərdə çox yaxından izlənib və araşdırılıb.

Source: Ivor Prickett – The New York Times


“Müalicə könüllülük prinsipinə əsaslanır, heç bir maddi qarşılıq gözlənilmir”

Müharibədə psixoloji travma alan insanlara kömək olunacaq.

Bu məqsədlə Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi (AATİB, alm.: Aserbaidschanische Mediziner in Deutschland, AMD e.V.) psixoterapiya təcrübəsi olan könüllü həkimlər qrupu yaradır.

Onlar psixoterapevtik dəstəyə ehtiyacı olan müharibə iştirakçılarına onlayn xidmət göstərməyi planlaşdırırlar.

Bu barədə Meydan TV-yə AATIB-dən bildirilib.

Məlumatda deyilir ki, qeydiyyat AATIB-in ünvanı (info@amedeu.de.) üzərindən aparılır.

Qeydiyyat təsdiqləndikdən sonra pasientin müraciəti yaradılan könüllü qrupun psixoterapevtinə yönləndirilir:

“Qeydiyyata alınma, müalicənin gedişi tam könüllülük prinsipinə əsaslanır və heç bir maddi qarşılıq gözlənilmir”.

AATIB bildirir ki, müharibə zamanı psixi travmalar nəticəsində ortaya çıxa bilən kəskin psixi pozğunluqlar və posttravmatik stress pozğunluqları XX əsr müharibələrindən sonrakı dövrlərdə çox yaxından izlənib və araşdırılıb.

Bu pozğunluqların müayinəsi və intensiv müalicəsi zəruridir. Bu səbəbdən Qarabağ müharibəsi nəticəsində belə travmalar yaşamış müharibə iştirakçıları, onların yaxınları və cəmiyyət tərəfindən qətiyyən qınaq obyekti olmamalı, tam əksinə, onlar üçün professional dəstək və psixoterapevtik müalicə təşkil olunmalıdır.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

Azərbaycan tərəf döyüşlərdə nə qədər əsgərin yaralandığını, travma aldığını və s. açıqlamasa da, son yayılan rəsmi məlumata görə, döyüşlərdə 3 minə yaxın hərbi qulluqçu həlak olub.

Ana səhifəSosialAATİB: Müharibədə psixoloji travma alanlara yardım ediləcək