Mülki vətəndaş yaşadığı kənddə gülləyə tuş gəldi
Aprelin 3-də, günorta saat 1 radələrində cəbhənin Tərtər istiqamətində mülki vətəndaş erməni mövqelərindən atılan atəş nəticəsində həlak olub.
Cebhe.info-nun bölgə müxbirinin verdiyi məlumata görə, Tərtər rayonunun Qarağacı kənd sakini, 1945-ci il təvəllüdlü Vaqif Əbil oğlu Əhmədov dünyasını dəyişib.
Hal-hazırda kənd avtomat, pulemyot və artilleriyadan atəşə tutulur.