Rasim Mikayılov Qaxda anadan olub. Uzun illər Qaxda məktəb müəllimi işləyib. 1987-ci ildə Təqaüdə çıxdıqdan sonra arıçılıqla məşğul olmağa başlayıb. İlk günlərdə 10-15 qutu arısı olub. Daha sonra bu işi genişləndirməyə qərar verib. Hazırda 40-a yaxın arı qutusu var. Hər il ümumilikdə 100-150 kq bal hazırlaya bilir.
Rasim dayı ildə iki dəfə olmaqla bal yığır: “Birinci yığımı yığmaq üçün Gürcüstan sərhədinə gedib arıları ora qoyuruq. O “may balı” adlanır. Daha sonra payız balını yığmaq üçün Qaxın dağlarına gətiririk ki, bu yığım da avqust ayında olacaq. Buna da “payız balı” deyirik”.
Rasim Mikayılovun arıçılıqdan başqa, maldarlıq, taxılçılıq, fındıq bağlarından məhsul yığaraq gəlir əldə edir.