Seyfəddin Əzizov Masallının Ərkivan kəndində anadan olub. 15 ildir ki, öz kəndlərində sandıq hazırlamaqla məşğuldur. Sandıq hazırlamağı atasından öyərndiyini deyir:
“15 ildir ki, sandıq düzəltməklə məşğulam. İlk günlər atamla birlikdə işləyərdim. İndi özüm sərbəst işləyirəm. Bir günə 1-2 sandıq hazırlaya bilirəm”.
Sandıqların qiyməti ölçüsünə görə dəyişir. 10 manatdan başlayaraq 70 manata qədər uzana bilər. Sifarişlərin daha çox qonşu kənd və rayonlardan olduğunu deyir.
Sandıq hazırlamaq üçün isə taxtanın 1 kubunu 300 manata alır: “Hazır taxta alırıq. 1 kub taxtanı 300 manata alırıq. 1 kubdan da təxminən 10-12 sandıq hazırlamaq mümkündür”.
Sandıq almaq üçün Seyfəddingilə qonşu kəndlərdən də çoxlu sifarişlər gəlir.