12 mərtəbəli binanın sakinləri liftsiz qalıb

12 mərtəbəli binanın sakinləri liftsiz qalıb


Bura Sumqayıt şəhəri Heydər Əliyev və Azərbaycan prospektlərinin kəsişməsindəki 12 mərtəbəli binadır. Sakinlər deyir ki, bura Sumqayıtda “liftsiz bina” kimi tanınır. Bina 2007-ci ildə sakinlərə tamamilə təmirsiz təhvil verlib. Sakinlər kommunal problemləri özləri qismən həll edə biliblər.


3 bloklu, 12 mərtəbəli, 132 mənzildən ibarət binada liftin olmaması da sakinlərə əlavə problemlər yaradır.


Tikintini aparan “Rəndə-1” MTK şirkətidir. Sakinlərin sözlərinə görə, şirkətin təsisçilərindən biri vəfat edib, digəri ilə isə əlaqə saxlaya bilmirlər. Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti suallarımızı cavablandırmadı.


Sakinlər problemlərinin həll olunmayacağı halda məhkəməyə üz tutacaqlarını deyirlər.

Ana səhifəVideo12 mərtəbəli binanın sakinləri liftsiz qalıb