Azərbaycanda Dövlət Sərhəd Xidmətinin (DSX) sıralarında hərbi xidmət keçən əsgər Orxan Şabanovun vəfat etdiyi bildirilir.
Yerli medianın məlumatına görə, gənc əsgər hərbi xidmət zamanı məlum olmayan səbəbdən həyatını itirib.
Orxan Şabanov Lənkəran şəhərində yerləşən Teymur bəy Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin məzunu olub.
Əsgərin hansı şəraitdə və nə zaman vəfat etdiyi barədə ətraflı məlumat yoxdur.
Hadisə ilə bağlı aidiyyəti quruma sorğu ünvanlandığı bildirilsə də, hələlik rəsmi açıqlama verilməyib.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, 2026-cı ilin əvvəlindən Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Onlardan 10-u Dövlət Sərhəd Xidmətinin əməkdaşı olub. İnstitutun hesabatına əsasən, ölən hərbçilərdən 9-nun ölüm səbəbi açıqlanmayıb.