Cəlilabad rayonunun Privolnoye kəndində hicabla bağlı etirazlara görə 10-dan çox şəxsin saxlanıldığı və inzibati qaydada həbs edildiyi bildirilir.
Meydan TV-yə daxil olan məlumata görə, kənddə hicabla bağlı baş verən hadisələrdən sonra polis 10-dan çox şəxsi saxlayıb.
Bildirilir ki, saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb və barələrində 20 sutkalıq inzibati həbs qərarı verilib.
Həmin şəxslərin kimliyi, konkret hansı səbəbdən saxlanıldıqları və İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə cəzalandırıldıqları hələlik məlum deyil.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının rəsmi açıqlaması yoxdur.