“Çevik” ləqəbi ilə tanınan tiktoker döyüldüyünü bildirir

Tiktok – Foto: Pixabay

Sentyabrın 2-də “Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırov dindar şəxslər tərəfindən döyülüb.

Bu barədə Bağırov mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2 nəfər şəxs onu söhbət etməyə çağırıb. Sonradan həmin şəxslər tərəfindən zorakılığa məruz qalıb. 

Hadisənin Qəbələ şəhərində baş verdiyi deyilir. Bildirilir ki, zorakılığa səbəb tiktokerin dini məzmunlu paylaşımlar etməsi habelə canlı yayımlar açaraq din barədə fəqrli mövqeydə çıxış etməsi olub.

Zorakılıq nəticəsində tiktoker müxtəlif bədən xəsarətləri alıb. Hadisə ilə bağlı araşdırma başladıldığı və həmin şəxslərin saxlanıldığı deyilir.

Tiktoker bundan öncə iyulun 28-də İnzibati Xətalar Məcəlləsinin 510.2 (internetdə ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətləri, əxlaqsız ifadə və jestləri, eləcə də insan bədəninin hissələrinin “əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada) maddəsi ilə 10 sutka həbs edilmişdi.

Məqsəd Bağırov “Tiktok” da din və ateizmlə bağlı müzakirələr aparması və bu mövzuda canlı yayımları ilə tanınır.

Ana səhifəSosial“Çevik” ləqəbi ilə tanınan tiktoker döyüldüyünü bildirir