Bu gün, avqustun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal, “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Prosesə hakim Vüqar Seyidov sədrlik edib.
Bu haqda Meydan TV-yə məlumat verən Elçin Sadıqov bildirib ki, məhkəməyə vəsatət verərək cinayət işinə xitam verilməsini, seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını və zərərçəkmiş şəxsin xəstəlik tarixçəsinin məhkəməyə gətirilməsini tələb edib.
Hakim vəsatətləri təmin etməyib.
Növbəti məhkəmə iclası 3 sentyabra təyin olunub.
Əhməd Məmmədli bu il mayın 6-da saxlanıb. Onun barəsində mayın 8-də 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin “sağlamlığa qəsdən ağır zərər vurma” və “xuliqanlıq” maddələri ilə ittiham olunur. Özü ittihamı rədd edir, keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.