“Təşəkkürnamə”ləri qızlarına və nəvələrinə şəxsən özü təqdim edib
Prezident İlham Əliyev ailə üzvlərini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraklarına görə təltif edib.
Prezident Leyla və Arzu Əliyevalara və nəvələri Mikayıl və Əli Ağalarovlara Təşəkkürnamə”ləri özü təqdim edib.
Bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb.
Bakıda 2024-cü il noyabrın 11-dən 22-dək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçirilib.