Lukaşenko yenidən namizəd oldu

Aleksandr Lukaşenko. Foto: MeydanTV

MSK daha 3 nəfəri qeydə alıb

Belarusun Mərkəzi Seçki Komissiyası dekabrın 23-də ölkənin hazırkı Prezidenti Aleksandr Lukaşenkonun namizədliyini rəsmən qeydə alıb.

Bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

Komissiya ümumilikdə 4 nəfərin namizədliyini qeydə alıb.

Belarusun yerli müstəqil mənbələrinin məlumatına görə, onların Lukaşenko administrasiyası ilə sıx əlaqələri var.

Lukaşenko Belarusu 1994-cü ildən idarə edir.

Belarusda prezident seçkisi 2025-ci il yanvarın 26-na təyin edilib.

Ana səhifəDünyaLukaşenko yenidən namizəd oldu