Pxenyanın Rusiyaya pilotsuz təyyarələr göndərəcəyi deyilir
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Koreya Xalq Demokratik Respublikasının (KXDR, Şimali Koreya) Rusiya-Ukrayna müharibəsində 1100 nəfər itki verdiyini bəyan edib.
Bu barədə dekabrın 23-də “Yonhap” məlumat yayıb.
“Bir çox kəşfiyyat məlumatlarının hərtərəfli qiymətləndirilməsi göstərir ki, Şimali Koreya Rusiyaya qoşun yerləşdirməsini rotasiya etməyə və ya artırmağa hazırlaşır”, – Qərargah Rəisləri Komitəsinin məlumatında deyilir.
Məlumatda deyilir ki, Şimali Koreya Rusiyaya pilotsuz təyyarələr verə bilər.
Əlavə olunur ki, Şimali Koreya Ukraynaya qarşı müharibədə iştirak üçün Rusiyaya 10-12 min hərbçi göndərib.
Şimali Koreya və Rusiyanın dövlət başçıları 2024-cü ilin iyununda “Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi” imzalayıblar.
Razılaşma dekabrın 4-də qüvvəyə minib.
İki ölkə arasında hərbi əməkdaşlığa dair razılaşma Pxenyanın Ukraynadakı münaqişədə iştirakının artdığı, 10 mindən çox Şimali Koreya əsgərinin Ukraynaya qarşı döyüşmək üçün göndərildiyi bir vaxta təsadüf edib.