Audiovizual Şura “Vətəndaş A” serialına görə İTV-yə xəbərdarlıq etdi

Mənbə: İTV

Şura hesab edir ki, serialda əxlaqdankənar ifadələr işlədilib

Audiovizual Şura “İctimai Televiziya”ya (İTV) xəbərdarlıq edib.

Şura telekanalda nümayiş olunan “Vətəndaş A” serialında aktyorların səsləndirdikləri bəzi sözlərin efirə verilməsini qeyri-etik hesab edib.

Bildirilib ki, “İTV” “Media haqqında” Qanunun 14.1.6-cı maddəsinin tələbini pozub.

Telekanal efirdə əxlaqdankənar leksik söyüş məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəsinə yol verib.

Audiovizual Şura belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlıq edib.

“Vətəndaş A” serialı dramaturq Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilib.

“SFN Film” şirkəti tərəfindən 2024-cü ildə istehsal edilib.

Serialın ssenarisini Asiman Ağa Rövşən yazıb.

Rejissoru Elvin Rüstəmzadədir.

Dram janrında olan serial 2024-cü il sentyabrın 21-dən  “İTV”də yayımlanır.

Rollarda Xalq artistləri Qurban İsmayılov, Şamil Süleymanlı, Əməkdar artistlər Nəsibə Eldarova, Şövqi Hüseynov, aktrisa Günəş Mehdizadə çəkiliblər.

Ana səhifəMədəniyyətAudiovizual Şura “Vətəndaş A” serialına görə İTV-yə xəbərdarlıq etdi