Nemət Kərimli Müsavat Partiyasından istefa verib

Foto: Nemət Kərimlinin şəxsi arxivindən

“Partiyadan getsəm də, siyasi fəaliyyətdən çəkilməmişəm”

Noyabrın 15-də Müsavat Partiyasının Divan üzvü, vəkil Nemət Kərimlinin partiyadan istefa verdiyi deyilir.

Nemət Kərimli xəbəri Meydan TV-yə təsdiqləsə də, istefasının səbəbləri barədə danışmaq istəməyib.

O bildirib ki, partiyadan istefa verməsi siyasi fəaliyyətdən çəkilməsi anlamına gəlməməlidir:

“Mən siyasi fəaliyyətimdə qalıram, amma siyasi mənsubiyyətim olmayacaq“.

Vəkil Nemət Kərimli 2002-ci ildən Müsavat Partiyasının üzvüdür.

Ana səhifəSiyasətNemət Kərimli Müsavat Partiyasından istefa verib