Serbiyada faciə nəticəsində 14 nəfər həlak olub

Foto: Reuters

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar Serbiyaya başsağlığı verib

Serbiyanın ikinci ən çox əhalisi olan Novi Sad şəhərinin dəmiryol vağzalında beton talvarın uçması nəticəsində 14 nəfərin həlak olduğu bildirilir.

Ölkə Prezidenti Aleksandr Vuçiç həyatını itirənlərin sayının 14-lə kifayətlənəcəyinə ümid etdiyini deyib.

Prezidentin sözlərinə görə, həlak olanlardan beşinin kimliyini müəyyən etmək mümkün olmayıb.

Hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

Serbiya hakimiyyəti noyabrın 2-də ölkədə matəm elan edib.

Ölkənin baş naziri Miloş Vuçeviç bildirib ki, 1964-cü ildə tikilmiş talvarın lazımi vəziyyətdə saxlanmasına cavabdeh olanların hamısı məsuliyyətə cəlb olunacaq.

Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş verən hadisə ilə əlaqədar Serbiyaya başsağlığı verib.

Ana səhifəXəbərlərSerbiyada faciə nəticəsində 14 nəfər həlak olub