Putin Şimalı Koreya hərbçilərinin Ukrayna cəbhəsinə göndərildiyini təsdiqləyib

Vladimir Putin. Foto: Reuters

“Dövlət Duması bu gün KXDR ilə strateji tərəfdaşlıq sazişini ratifikasiya edib”

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya hərbçilərinin Ukraynadakı müharibədə iştirak etmək üçün Rusiya ərazisinə gəlməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bu barədə V.Putin oktyabrın 24-də Kazanda keçirilən BRİCS sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.

“NBC News” telekanalının jurnalistinin: “Onların orada nə işi var və bu, Ukrayna müharibəsində daha böyük eskalasiya olmayacaqmı?” – sualına Rusiya lideri belə cavab verib:

“Şəkillər ciddi bir şeydir. Əgər fotoşəkillər varsa, deməli, nəyisə əks etdirir. Diqqətinizə çatdırım ki, 2014-cü ildə Ukraynada baş vermiş dövlət çevrilişi ilə ABŞ tərəfindən dəstəklənən eskalasiyaya səbəb Rusiyanın hərəkətləri deyil. Sonra 8 il Ukraynada münaqişəni Minsk razılaşmaları vasitəsilə sülh yolu ilə həll etmək istədiklərini deyəndə bizi aldatdılar”.

V. Putin deyib ki, Rusiya Dövlət Duması bu gün Şimalı Koreya ilə strateji tərəfdaşlıq sazişini ratifikasiya edib:

“Sənədin 4-cü maddəsində deyilir ki, əgər tərəflərdən biri hər hansı dövlət və ya bir neçə dövlət tərəfindən silahlı hücuma məruz qalarsa və beləliklə də, özünü müharibə vəziyyətinə salarsa, digər tərəf Rusiyanın Mülki Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq sərəncamında olan bütün vasitələrlə dərhal hərbi və digər yardım göstərəcək. Biz Şimali Koreya rəhbərliyinin razılaşmalarımızı ciddi qəbul etdiyinə heç vaxt şübhəylə yanaşmamışıq. Amma nəyi və necə edəcəyimiz bu məsələ çərçivəsində bizim işimizdir”.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Şimali Koreya hərbi qulluqçularının ilk bölmələri artıq Rusiya-Ukrayna müharibəsinin döyüş bölgəsindədir:

Onlar oktyabrın 23-də Kursk vilayətində görünüblər. Rusiyaya ümumilikdə 12 minə yaxın Şimali Koreya əsgəri göndərilib. Onların arasında 500 zabit və üç Pxenyan generalı var. Əsgərlər döyüş sursatları, yataq dəstləri, qış geyimləri və ayaqqabıları, habelə gigiyena ilə təchiz olunublar, xüsusən də Moskva müəyyən edilmiş standartlara uyğun olaraq hər bir Şimali Koreyaya tualet kağızı və 300 qram sabun ayıracaq”.

Şimali Koreyanın Rusiya ərazisinə qoşun yeritməsi barədə məlumat artıq NATO, Amerika Birləşmiş Ştatları, Cənubi Koreya və Böyük Britaniya tərəfindən də təsdiqlənib.

Cənubi Koreya Prezidenti Yoon Seok Yol artıq bunu cavabsız qoymayacaqlarını bəyan edib.

O, Ukraynaya hərbi dəstək verilməsini müzakirə etdiyini bildirib.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaPutin Şimalı Koreya hərbçilərinin Ukrayna cəbhəsinə göndərildiyini təsdiqləyib