İlham Əliyev iki icra başçısının yerini dəyişdi

Sərəncam. Foto: arxiv

Sevindik Hətəmov Hacıqabula, Rüstəm Xəlilov Salyana göndərildi

Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Bu barədə sentyabrın 17-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2016-cı ildən Salyan rayonunun icra başçısı vəzifəsini daşıyan Sevindik Hətəmov 1961-ci ildə Laçın rayonunda doğulub.

Sevindik Hətəmov. Foto: Salyan Rayon İcra Hakimiyyəti

O, Politexnik İnstitutunun Mühəndis – mexanik fakültəsini bitirib.

S.Hətəmov 2005–2010-cu illərdə III çağırış Milli Məclisinin deputatı olub.

2012-ci ilin mart, aprel aylarında Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012–2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Rüstəm Xəlilov. Foto: Hacıqabul Rayon İcra Hakimiyyəti

Rüstəm Xəlilov 1958-ci ildə anadan olub. O, Milli Məclisinin 3–5-ci çağırışlarının deputatı olub.

2018-ci ildə “Şöhrət” ordeni alıb, bir il sonra Hacıqabul rayonunun icra başçısı təyin edilib.

Ana səhifəBölgəİlham Əliyev iki icra başçısının yerini dəyişdi