Putin: “Azərbaycan Rusiya ilə müttəfiqliyini uğurla davam etdirir”

Foto: president.az

İlham Əliyev Rusiya Prezidentinin səfərini münasibətlərin inkişafı üçün faydalı sayıb

Bakıda olan Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla Rusiya arasında “Müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında” Bəyannamənin uğurla yerinə yetirildiyini bildirib.

Bu barədə avqustun 19-da Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə deyib.

Putinin sözlərinə görə, iki dövlətin münasibətləri 2022-ci ildə imzalanmış Bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir:

Sizin bu ilin aprelində Moskvaya səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verilib. İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz ki, 4 milyarddan bir az çox yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialına uyğun deyil. Həqiqətən burada təkcə energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil”.

Foto: president.az

Rusiya rəhbəri bildirib ki, ölkəsi Bakı ilə Yerevan arasında münasibətlərin nizamlanmasında hər iki tərəf üçün vacib olduğu qədər iştirak etməyə hazırdır.

O həmçinin deyib ki, İlham Əliyevlə apardığı danışıqların nəticələrini Azərbaycana səfərindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla da müzakirə edəcək:

“Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar”.

Azərbaycanın dövlət başçısı İlham Əliyev isə qeyd edib ki, Putinin bugünkü səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq:

“Bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin, həm də münasibətlərimiz üçün xoş olacaq”.

“Biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq. 2022-ci ilin fevralında imzaladığımız “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm də nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk”,– deyə Əliyev əlavə edib.

Ana səhifəSiyasətPutin: “Azərbaycan Rusiya ilə müttəfiqliyini uğurla davam etdirir”