Neft Yığımı Məntəqəsində iki nəfərin dənizə düşdüyü bildirilir (yenilənib)

Neft daşları, Mr.PK/shutterstock

SOCAR-ın “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı Tikinti Quraşdırma sahəsinin ““Azneft” İB-nin “N.Nərimanov” NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin əsaslı təmiri” obyektində  baş verən hadisə zamanı  dənizə düşən Ağammədov Şirvan Ataş oğlu (1960-cı il) və   Nərimanov Şamo Mətləb oğlu (1984-cü il)  cəsədləri dənizdən çıxarılıb.


Dənizə yıxılan elektrik quraşdırıcısı ilə qaynaqçı hələ tapılmayıb

Avqustun 24-də səhər saatlarında  SOCAR-ın iki işçisinin açıq dəniz sahəsinə yıxılaraq itkin düşdüyü bildirilir.

Hadisə “Azneft” İB-nin “N.Nərimanov” NQÇİ-nin 3 saylı Neft Yığımı Məntəqəsində baş verib.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının Meydan TV-yə verdiyi məlumata görə, obyektdə tikinti quraşdırma işləri aparılarkən dəmir-beton pilitənin qırılması nəticəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı 63 yaşlı Şirvan Ataş oğlu Ağammədov və elektrik qaynaqçısı, 39 yaşlı Şamo Mətləb oğlu Nərimanov dənizə düşüblər.

SOCAR məsələ ilə bağlı açıqlama yaymayıb.

Ana səhifəSosialNeft Yığımı Məntəqəsində iki nəfərin dənizə düşdüyü bildirilir (yenilənib)