Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış olub, ölən və yaralanan var (yenilənib)

Foto: Müdafiə Sənayesi Nazirliyi

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində bir nəfərin ölümü, daha birinin yaralanmasıyla əlaqədar cinayət işi başlanıb. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma – ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq aparılır”.

Prokurorluq partlayış nəticəsində ölən və yaralanan şəxslərin adlarını da açıqlayıb. Hadisə nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədov ölüb, 1978-ci il təvəllüdlü Səbinə Şəkərova isə xəsarətlər alıb.


________________________________________________________________________

Partlayış zamanı ölən və yaralanan şəxslərin zavodun işçiləri olduğu bildirilir

İyulun 24-də Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki silah-sursat zavodunda partlayış baş verib. Partlayış nəticəsində ölən və yaralanan olub.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti də təsdiqləyib. Bu qurumdan Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, 1 nəfərin ölümü, daha birinin xəsarət almasıyla nəticələnən sursat partlayışı üzrə Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

“Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur”, – Baş Prokurorluqdan belə deyilib.

Partlayış zamanı ölən və yaralanan şəxslərin zavodun işçiləri olduğu bildirilir:
“Ölən Mehman Əhmədovun 57 yaşı var. Yaralanan isə qadındır”.

Ana səhifəSosialMüdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış olub, ölən və yaralanan var (yenilənib)