33 yaşlı həkim kirayə yaşadığı mənzildə həyatını sonlandırıb
Bakıda Milli Onkologiya Mərkəzinin həkim-onkoloqu Rüstəm Maqsudovun intihar etdiyi bildirilir. O, kirayə yaşadığı evdə həyatını sonlandırıb. Mərkəzdən bildiriblər ki, şua diaqnostika şöbəsinin həkimi oktyabrın 14-də intihar edib.
Məlumata görə, 1989-cu il təvəllüdlü Rüstəm Maqsudov Binə qəsəbəsində kirayə yaşadığı mənzildə qol və qarın nahiyəsinə kəsici alətlə xəsarətlər yetirib.
Həkim-onkoloq ailəli olub. Onun hansı səbəbdən intihar etdiyi araşdırılır.