ÜST həftəlik icmal yayıb
Son bir həftə ərzində dünyada koronavirusdan ölüm halları 15 %, yoluxanların sayı isə 9 % azalıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik icmalında bildirilib.
Qeyd olunub ki, Sakit okeanın qərb hissəsi istisna olmaqla, dünyanın bütün regionlarında yoluxma sayı azalıb.
Ən çox azalma Afrikada (25%), Avropada (20%) və Amerikada (18%) olub.
Ölüm hallarına gəlincə, ən çox artım Afrikada müşahidə olunub (183 %).
Məlumatda qeyd olunur ki, Avropada ölüm sayı 30 % azalıb.
Dünyada koronavirusa yoluxanların sayı 598 milyonu ötüb.
Ölüm sayı isə 6,4 milyondan çox olduğu bildirilir.