Azərbaycanda koronavirus: 11 yoluxma, 21 sağalma

koronavirus. Foto: Meydan TV

“Aktiv xəstə sayı 51 nəfərdir”

Mayın 5-də Azərbaycanda 11 nəfər COVID-19 infeksiyasına yoluxub, 21 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 599 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 min 839 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 pasiyent ölüb. Aktiv xəstə sayı 51 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 903, bu günə qədər isə 6 milyon 826 min 926 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 11 yoluxma, 21 sağalma