Azərbaycanda koronavirus: 3 yoluxma, vəfat edən olmayıb

Foto: Meydan TV

“Aktiv xəstə sayı 126 nəfərdir”

Aprelin 18-də Azərbaycanda 3 nəfər COVID-19 infeksiyasına yoluxub, 17 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bazar ertəsi analiz nümunələri müsbət çıxan xəstələr sırasında vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 365 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 min 533 nəfər müalicə olunaraq sağalıb, 9 min 706 pasiyent ölüb. Aktiv xəstə sayı 126 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 954, bu günə qədər isə 6 milyon 771 min 851 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 3 yoluxma, vəfat edən olmayıb