Azərbaycanda koronavirus: 42 yoluxma, 49 sağalma

Foto: Meydan TV

“Aktiv xəstə sayı 341 nəfərdir”

Aprelin 3-də Azərbaycanda 42 nəfər COVID-19 infeksiyasına yoluxub, 49 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün ölüm halı qeydə alınmayıb.

Operativ Qərargah Azərbyacanda indiyə qədər 792 min 61 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 min 23 nəfər müalicə olunaraq sağalıb, 9 min 697 pasiyent ölüb. Aktiv xəstə sayı 341 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 48, bu günə qədər isə 6 milyon 714 min 357 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 42 yoluxma, 49 sağalma