Azərbaycanda koronavirus: 1 xəstə vəfat edib

Koronavirus. Foto: Meydan TV

56 nəfər yoluxub, 24 pasiyent sağalıb”

Martın son günü Azərbaycanda 56 nəfər COVID-19 infeksiyasına yoluxub, 24 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 1 xəstənin vəfat etdiyi bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 791 min 932 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 781 min 889 nəfər müalicə olunaraq sağalıb, 9 mın 692 pasiyent ölüb. Aktiv xəstə sayı 351 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 489, bu günə qədər isə 6 milyon 701 min 673 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1 xəstə vəfat edib