Balıqçılar: “Qarabağ kanalında balıq azalıb”

Səlim Əmirov Qarabağ su kanalının Yevlax və Bərdə rayonu ərazisindən keçən hissəsində balıq tutanlardan biridir. Onun sözlərinə görə, pandemiyadan sonra bu ərazidə balıq tutanların sayı artır. Əvvəllər sadəcə əyləncə üçün balıq ovuna çıxdıqlarını deyən rayon sakinləri indi həm də çörəkpulu əldə etmək üçün gəlirlər.
Balıqçıların sözlərinə görə, Qarabağ kanalında balıq əvvəlki kimi bol deyil.
Səlim Əmirov: “Əvvəllər bir tilovla nə qədər balıq tuturduq, amma indi adama 3-4 tilov gətririk ki, bəlkə 3-4 balıq tuta bildik. Bəzən gün sona çatır, ancaq balıq olmur”.
Balığın azalmasının əsas səbəbi kimi dağ çaylarında suların azalmasını və getdikcə havaların daha çox isti keçməsini göstərirlər.
“Kanalda bəzi balıqçılar qadağan olunmuş vasitələrdən istifadə edirlər. Bu da balıqların artmasının qarşısını alır”, – balıqçılardan biri deyir.

Ana səhifəFotoreportajBalıqçılar: “Qarabağ kanalında balıq azalıb”