“Aktiv xəstə sayı 3696 nəfərdir”
Martın 8-də Azərbaycanda 276 adam COVID-19 infeksiyasına yoluxub, 808 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 16 xəstənin vəfat etdiyi deyilir.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 789 min 757 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 776 min 514 nəfər müalicə olunaraq sağalıb, 9547 pasiyent ölüb. Aktiv xəstə sayı 3696 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4142, bu günə qədər isə 6 milyon 607 min 460 testin icra olunduğu göstərilib.