Azərbaycanda bazar günü 18 nəfər koronavirusdan vəfat edib

Foto: Meydan.tv

“374 nəfər yoluxub”

Martın 6-da Azərbaycanda 374 adam COVID-19 infeksiyasına yoluxub, 1 029 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirib ki, analiz nümunələri müsbət çıxan 18 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 789 332 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 775 275 nəfər müalicə olunaraq sağalıb, 9 518 pasiyent ölüb. Aktiv xəstə sayı 4 539 nəfərdir”.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 284, bu günə qədər isə 6 599 806 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda bazar günü 18 nəfər koronavirusdan vəfat edib