“12 xəstə vəfat edib”
Martın 5-də Azərbaycanda 433 nəfər COVID-19 infeksiyasına yoluxub, 1531 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 12 xəstənin vəfat etdiyi deyilir.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 788 min 958 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 774 min 246 nəfər müalicə olunaraq sağalıb, 9 min 500 pasiyent ölüb. Aktiv xəstə sayı 5 min 212 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 530, bu günə qədər isə 6 milyon 593 min 522 testin icra olunduğu göstərilir.