“19 xəstə vəfat edib”
Martın 3-də Azərbaycanda 570 adam COVID-19 infeksiyasına yoluxub, 1 784 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 19 xəstənin vəfat etdiyi deyilir.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 787 937 nəfərin koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 771 530 nəfər müalicə olunaraq sağalıb, 9 473 pasiyent ölüb. Aktiv xəstə sayı 6 934 nəfərdir”.
Son sutkada 6 847, hazırkı dövrədək isə 6 579 163 testin aparıldığı göstərilib.