Azərbaycanda koronavirus: 832 yoluxma, 2329 sağalma

Source: Meydan TV

“Aktiv xəstə sayı 9 min 362 nəfərdir”

Martın 1-də Azərbaycanda 832 adam COVID-19 infeksiyasına yoluxub, 2329 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 21 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 786 min 502 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 767 min 702 nəfər müalicə olunaraq sağalıb, 9438 pasiyent ölüb. Aktiv xəstə sayı 9 min 362 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8865, bu günə qədər isə 6 milyon 563 min 829 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 832 yoluxma, 2329 sağalma